Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.16 $▼0.16%
  • WTI neft91.17 $▲0.37%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)3.022 $▲0.80%
  • Qızıl4 127 $▲1.27%
  • Gümüş53.07 $▲2.17%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.50 ¢▲0.04%
  • Bitcoin75 018 $▲0.97%
  • Ethereum2 145 $▲1.22%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

34 namizədin taleyi həll olundu – Qərar Prezidentə təqdim ediləcək

image-namized
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Busaat.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Hakimin xidməti vəsiqəsinin və Məhkəmə-Hüquq Şurasının rəsmi embleminin təsviri və nümunələri təsdiq edilib.

Qeyd edək ki,hakimlərin təyinatı Prezidentin səlahiyyətlərinə daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180660