Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.17 $▼0.05%
  • WTI neft101.29 $▼0.09%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼0.07%
  • Qızıl4 046 $▼0.15%
  • Gümüş52.86 $▼0.70%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda598.25 ¢▼0.21%
  • Bitcoin79 858 $▼1.71%
  • Ethereum2 311 $▼1.96%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9074
  • 100 RUB2.1052
  • GBP2.2745
  • TRY0.0342
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6547
  • 100 KZT0.3770
  • UAH0.0375
  • 100 JPY1.0833
  • CHF2.0630
  • USD1.7000
  • EUR1.9074
  • 100 RUB2.1052
  • GBP2.2745
  • TRY0.0342
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6547
  • 100 KZT0.3770
  • UAH0.0375
  • 100 JPY1.0833
  • CHF2.0630
Gündəm

65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaşı 65-i ötmüş tənha yaşayanlara evlərində hansı istiqamətlərdə xidmətlərin göstəriləcəyinin detalları açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, evdə olduqları karantin dövründə onlara nazirliyin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.

Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.

Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.

Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.

Sosial xidmətçilər lazımi qoruyucu vasitələrlə təmin olunacaqlar. Onlar tərəfindən bu xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçiriləcək.

Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur.

Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6651