7 milyonluq dələduzluq işi – Maliyyə Nazirliyi zərərçəkmişdir

image-066595c980800c8beabd4715de7ddc931719234591_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpgbackend

Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı müdhiş dələduzluq əməli ilə bağlı məhkəmə prosesi başlayır.

Qaynarinfo-nun məlumatına görə, dələduzluq əməlində Səfərov Fərəhim Əsgər oğlu, Samil Kamil oğlu və Kudina Yelena Yurik qızı adlı vətəndaşlar təqsirləndirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (Dələduzluq – bir qrup şəxs tərəfindən, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq. Oktyabrın 16-na məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər 7 milyondan çox vəsaiti dələduzluq yolu ilə ələ keçiriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki