Vəba pandemiyasının yayılması bəşəriyyətdə o qədər inanılmaz bir genetik iz buraxıb ki, bu, təxminən 700 il sonra da sağlamlığımıza təsir edir.
Busaat.az xəbər verir ki, çoxəsrlik skeletlərin DNT analizini təhlil edən tədqiqatlar insanlarda vəbadan sağ çıxmağa kömək edən mutasiyalar tapıb.
Tədqiqatçılar belə böyük hadisənin insan təkamülünü formalaşdırmasından şübhələnirdilər. Onlar 206 qədim skeletin dişlərindən götürülmüş DNT-ni təhlil edib və insan qalıqlarının vəbadan öncəyə, vəba zamanına və ya sonrasına aid olduğunu dəqiq müəyyənləşdirə biliblər.
Tədqiqatlara Danimarkadan əldə edilən nümunələr ilə Londonda vəbadan ölənlərin kütləvi dəfn edildiyi Şərqi Smitfild vəba çuxurlarından əldə edilmiş sümüklər daxil edilib.
Araşdırma zamanı məlum olub ki, müasir insan DNT-sinin təxminən 1-4%-i neandertallarla cütləşən əcdadlarımızdan gəlir və bu miras Covid də daxil olmaqla xəstəliklərə cavab vermək qabiliyyətimizə təsir edir.
Qeyd edək ki, 1300-cü illərin ortalarında yayılmış Vəba xəstəliyi zamanı Avropada insanların yarısına qədəri həyatını itirib.
Busaat.az