72 yaşlı kişini avtomobil vuraraq öldürüb

image-312backend

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Busaat.az xəbər verir ki, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu “Opel” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki