“ABŞ Çinlə müharibəyə hazır deyil” – Wall Street Journal

image-cinbackend

ABŞ indiki vəziyyətində Çinlə hərbi qarşıdurma olacağı təqdirdə qalib gələ bilməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə Wall Street Journal Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına istinadən məlumat yayıb.

Mərkəzin ekspertlərinin fikrincə, Ukrayna ətrafındakı vəziyyət ABŞ-ın hərbi-sənaye kompleksi ilə bağlı bir sıra problemləri, xüsusən onun şişirdilməsini və hasilatı artırmaqda çətinlik çəkdiyini üzə çıxarıb.

Tayvan boğazında ABŞ-Çin müharibəsini araşdıran Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi qeyd edib ki, müharibə zamanı münaqişənin ilk həftəsi ərzində ABŞ bütün birgə hava-yer raketlərini və uzaq mənzilli gəmi əleyhinə raketlərini sərf edəcək.

Qəzet vurğulayıb: “Problemin bir hissəsi də odur ki, maliyyə risklərinə görə ABŞ müdafiə şirkətləri Pentaqonla silah-sursat istehsalına dair uzunmüddətli müqavilələr imzalamaq istəmirlər. Bundan əlavə, tədarük zəncirində və müxtəlif materialların və komponentlərin, xüsusən də Çinin monopoliyasında olan nadir metalların, həmçinin alüminium, titan və mikroelektronikanın əldə edilməsi ilə bağlı problemlər var”.

Məqalə müəllifləri vurğulayırlar ki, “Patriot” müdafiə sistemi və ya “Tomahawk” havadan buraxılan qanadlı raket kimi raket sistemlərinin yerləşdirilməsi illər çəkə bilər: “Vaxt əsas məhdudiyyətdir. Bəzi növ raket və sistemlərin istehsalı təxminən iki il çəkə bilər. Bu vaxt isə, müharibənin sonlarına hesablanmır, ümumiyyətlə ilk raketləri çatdırmaq üçündür lazım olan zaman dilimidir” – deyə, məqalədə qeyd edilib.

Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi yerli orqanlar tərəfindən idarə edilir. Çan Kay-şek Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra Kuomintang qüvvələrinin qalıqları ilə adaya qaçır və orada adanın müstəqilliyini elan edir. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının bir əyaləti hesab edir.

ABŞ 1979-cu ildən Tayvanla diplomatik əlaqələri kəsib və Çinlə əlaqələr qurub. Vaşinqton “Vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Tayvan administrasiyası ilə əlaqə saxlamağa və adayı silahla təmin etməyə davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki