
ABŞ-də ticarət mərkəzinə silahlı hücum nəticəsində ölən və yaralananlar var
ABŞ-nin Texas ştatının Ostin şəhərində ticarət mərkəzinə silahlı basqın olub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə şəhərin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.
Polis rəsmiləri X sosial media platformasında hadisə yerinin təhlükəsizliyinin təmin edildiyini, lakin təcavüzkarın hələ də tutulmadığını bildirib.
Polis hadisənin şahidi olan şəxsləri əllərində hər hansı bir fotoşəkil və ya görüntü olarsa, onlarla əlaqə saxlamağa çağırıb.


















