“ABŞ əgər bunu etsə sülh olacaq” – ŞƏRH

image-downloadbackend

“ABŞ Rusiyadan fərqli olaraq Ermənistana real təyziqlər etsə, ciddi irəliləyişlər əldə etmək olacaq”.

Bunu ABŞ-nin Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında sülh əldə etmək səylərinin nəticəsindən danışan politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Ermənistan münasibətlərində sülhün əldə olunmağı üçün kifayət qədər səy göstərir:

image-tural-ismayilov

“30 il ərzində erməni diasporasının təyziqləri ilə ABŞ-nin Azərbaycanın ədalətli mövqeyinə dəstəyini görmədik. Əlavə olaraq işğalçılıq siyasətini davam etdirən Ermənistana qarşı da heç bir təyziq edilmədi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ-nin geo-politik çıxarları naminə Cənubi Qafqazda Rusiyanı sıxışdırmağa çalışmaq siyasəti açıq aydın özünü büruzə verir. Birmənalı şəkildə ABŞ-nin fəal rol almağa çalışdığını müşahidə edirik.

ABŞ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kəskin mövqe sərgilədiyinə görə Ermənistan və Azərbaycan arasında praktiki olaraq sülhün yaxınlaşmağı ABŞ-dəki görüşlərdən aslıdır. Çünkü daha əvvəl Brüsel görüşləri uğurla getsədə Ermənistan və Fransa onu sabotaj etdi. Rusiya mərkəzli görüşlərdə isə bir passivlik var və istənilən halda Azərbaycan və Ermənistan arasında danışıqlarda tək vasitəçinin olmamağı istənilən halda yaxşı bir situasiyadır. Bu baxımdan ABŞ-də keçirilən görüş iki ölkə münasibətlərini normaya salmaq baxımından vacibdir. Çünkü aylardır ki, Azərbaycan və Ermənistan arasında təmaslar həyata keçirilmirdi. ABŞ Rusiyadan fərqli olaraq Ermənistana real təyziqlər etsə, ciddi irərləyişlər əldə etmək olacaq”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki