ABŞ elan etdi! – İŞİD-in yüksək rütbəli üzvü ələ keçirilib

image-isidbackend

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriyanın şərqində vertolyot yardımı ilə təşkil edilən əməliyyatda terror təşkilatı İŞİD liderlərindən olan Huzeyfe əl-Yəmənini və onun iki köməkçisini ələ keçirdiklərini açıqlayıb.

Busaat.az xəbər verir ki, CENTCOM-dan verilən yazılı açıqlamada, İŞİD-in hücumunu planlaşdıranlardan biri olduğu iddia edilən Huzeyfə əl-Yəmənin ABŞ əsgərlərinin helikopterlə həyata keçirdiyi reyd əməliyyatında ələ keçirildiyi qeyd edilib.

Açıqlamada Suriyanın şərqindəki əməliyyatda mülki itkilərin olmadığı və Yəmənin ələ keçirilməsinin təşkilatın əməliyyat keçirmə qabiliyyətinə ciddi zərbə olduğu bildirilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90