Nazir müavini: Ağdamın mədəni-tarixi irsi Ermənistana daşınıb

image-ferid-ceferov-900x602backend

Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb.

Busaat.az xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

“Hazırda bu şəhər uçqunlar şəhəridir. Amma indi biz Ağdama həyatın qayıtdığının şahidiyik”, – o əlavə edib.

Fərid Cəfərov minaların mədəni irsə təsiri məsələsinə toxunub:

“Biz bilirik ki, bununla bağlı UNESCO-nun xüsusi konvensiyası var. Dünya üzrə 110 milyon mina quraşdırılıb ki, təəssüf ki, Azərbaycan bu siyahıda öndə gedir. Müharibədən sonra 67 nəfər mina qurbanı olub. Təkcə Ağdamın özündə 1,5 milyon mina quraşdırılıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90