ABŞ-ın dövlət katibi: “Bayden Türkiyəni soyqırımda suçlamayıb” – SENSASİON AÇIQLAMA

image-blinken_2874786backend

ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni soyqırımı” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib.

ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə onlayn konfrans zamanı belə deyib.

“Birləşmiş Ştatların prezidenti bəyan edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə suçlamaq yox. Əlbəttə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,- E.Blinken söyləyib.

image-481154_crop_0

Entoni Blinken daha sonra vurğulayıb ki, rəsmi Vaşinqton Türkiyəni və digər müttəfiqlərlə tərəfdaşlarını Rusiyadan bundan sonra silah, sursat və hərbi texnika almaqdan çəkinməyə çağırır. Onun sözlərinə görə, belə sövdələşmələr rəsmi Vaşinqtonun cəza sanksiyalarının təsiri altına düşə bilər.

“Çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər. Unutmayaq ki, bütün bunlar əvvəllər tətbiq olunmuş sanksiyalara əlavə edilə bilər”,- ABŞ xarici siyasət idarəsinin rəhbəri deyib.

E.Blinkenin qatıldığı onlayn görüşü ABŞ Dövlət Departamentinin Xarici Media Mərkəzi təşkil etmişdi.

image-caatsa-yaptirimlari

Birləşmiş Ştatların dövlət katibinin bəhs etdiyi CAATSA (Countering America’s Adversaries Through Sanctions Act) “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” qanunu 2017-ci ildə qəbul olunub. Sözügedən qanun Rusiyadan müasir silah, sursat, hərbi texnologiya və hərbi texnika alan dövlətlərə qarşı ABŞ-ın birtərəfli cəza sanksiyalarının tətbiqini nəzərdə tutan normativ-hüquqi aktdır.

Entoni Blinkenin sözlərinə görə, Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı situasiyada Vaşinqton Ankaraya mövqeyini və baxışlarını aydın izah edib: “Çox aydın, aşkar və ardıcıl fəaliyyət göstərərək Türkiyəni S-400-dən imtina etməyə çağırırıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90