ABŞ-ın İrəvandakı yeni səfirinin adı məlum oldu

image-thumb600x0-5backend

Bayden ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə Kristina Kuinnin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin saytında məlumat paylaşılıb.

Kristina Kuinn 2019-cu ildən ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkilidir. 2016-cı ildən 2019-cu ilin aprel ayına qədər Parisdəki ABŞ səfirliyində ABŞ missiyası rəhbərinin müavini və iqtisadi məsləhətçi vəzifələrində çalışıb.

O, diplomatik fəaliyyəti dövründə ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub. Kristina Kuinn, həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasının Aİ, Ukrayna və Belarus üzrə direktoru vəzifəsində çalışıb.

Diplomat Kaliforniyada anadan olub və siyasi elmlər üzrə bakalavr və strateji tədqiqatlar üzrə magistr dərəcəsinə malikdir.

ABŞ-ın Ermənistandakı səfiri vəzifəsini 2019-cu il fevralın 19-dan Linn Treysi tutur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90