ABŞ-nin əczaçılıq nəhəngi xərçəng xəstəliyi üçün 43 milyard dollarlıq investisiya yatırdı

ABŞ-nin əczaçılıq nəhəngi xərçəng xəstəliyi üçün 43 milyard dollarlıq investisiya yatırdıbackend

ABŞ-ın dərman istehsalçısı Pfizer Inc, xərçəng müalicəsi ilə bağlı araşdırmalarını genişləndirmək üçün xərçəng müalicəsi üzərində çalışan ABŞ-ın biotexnologiya şirkəti Seagen Inc-i təxminən 43 milyard dollara satın alıb.

Busaat.az xəbər verir ki, Reuters-in xəbərinə görə, Pfizer Seagen-i bir səhm üçün 229 dollara, yəni Seagen-in səhmləri üzrə 32,7 faiz əlavə dəyər ilə alıb.

Pfizer 2009-cu ildə Wyeth-i 67 milyard dollara satın aldıqdan sonra şirkətin ən böyük alışı olan bu sövdələşmə nəticəsində Pfizer araşdırmalarına dörd təsdiqlənmiş xərçəng müalicəsini əlavə edib.

Pfizer-in işinə əlavə etdiyi xərçəng müalicəsi 2022-ci ildə satışda təxminən 2 milyard dollar mənfəət qazandırıb.

Analitiklər bu xərçəng müalicəsinin satışlarının 2025-ci ilə qədər iki dəfə artacağını gözləyirlər.

Qeyd edək ki, Seagen-in səhmləri birja açılmazdan əvvəl 23 faiz artıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki