ABŞ səfirliyi: Minalarla mübarizə üçün Azərbaycana təxminən 38 milyon dollar ayrılıb

image-185backend
image-ad_qayo_720x110px

1999-cu ildən bəri ABŞ minalarla mübarizəyə yönləndirilmiş humanitar proqramlarını dəstəkləmək üçün Azərbaycana təxminən 38 milyon dollar ayırıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Səfirlik Azərbaycan Minatəmizləmə Agentliyini (ANAMA) 26-cı ildönümü münasibətilə təbrik edib:

“26-cı ildönümünüz mübarək və tərəfdaşlığınıza görə təşəkkür edirik! Birgə işimiz minalardan və partlamamış hərbi sursatlardan zərər çəkmiş icmalara real fayda gətirir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki