AFFA Azərbaycan çempionunun arzusunu nə vaxt reallaşdıracaq?

image-received_1677894542394645backend

Şirvanda Gənclər və İdman İdarəsinin inzibatı binasında vaxtilə Azərbaycan çempionu olmuş təcrübəli futbol məşqçisi, “Şirvan”ın təsisçisi Ramiz Hacıyevin 65 illik yubileyi qeyd olunub. 1980-ci ildə ovaxtkı Əli-Bayramlının “Energetik” klubuna qızıl medalları qazandıran mütəxəssislə görüş məlum pandemiya və karantin qaydalarına görə məhdud çərçivədə keçirilib.

Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, həmçinin Şirvan şəhər Uşaq Gənclər Şahmat Mərkəzinin direktoru Ramil Tağıyev səbəbkarı təbrik edib, ona diplom və mükafat təqdim olunub. Azərbaycan futboluna gənc istedadlar bəxş etməkdə davam edən Ramiz müəllim dəvətə görə idarə rəhbərliyinə təşəkkür edib, qarşılıqlı diskussiya aparılıb və mütəxəssis perspektivlə bağlı arzusunu dilə gətirib. Təbii ki, ömrünün 50 ilə yaxın hissəsini Şirvan – Azərbaycan futboluna həsr edən Ramiz Hacıyevin əsas istəyi bu olub ki, aidiyyatı qurumlar, xüsusən AFFA illərdi tikintisi yarımçıq dayandırılan Şirvan şəhər mərkəzi stadionunun təmirini başa çatdırsın və gənclərin istifadəsinə versin.

“Stadionun super vəziyyətdə təmir olunub istifadəyə verilməsi Gənclər və İdman İdarəsinin gücü xaricində olan məsələdi. Burada əsas rolu AFFA oynamalıdı, hazır meydandı, illər boyu biz burada Azərbaycan çempionatının oyunlarını, başqa yarışları keçirmişik. Razıyam, tam düzəldə bilmirlərsə, heç olmasa, mənə 2-3 traktor versinlər və stadionu daimi su ilə təmin etsinlər ki, meydanı hamarlayıb normal vəziyyətə gətirim, uşaqlarla rahat məşğul olum. Şirvan futbolsuz qalmamalıdı, bura hər zaman futbol şəhəri olub, buradan tarixən istedadlı gənclər çıxıb”.

Sovetlər dönəmində “Neftçi”nin əsas simalarından sayılan Səmədağa Şıxlarov, Tərlan Əhmədov, həmçinin Əli Abışov, Müşfiq Şükürov, Elmir Xankişiyev, Vadar Nuriyev kimi futbolçular məhz sənaye şəhəri olan Şirvanın yetirmələridir. Müstəqillik dönəmində də bu istiqamətdəki fəaliyyətini davam etdirən Ramiz Hacıyevin yetişdirdiyi, üzə çəxardığı istedadlı gənclərin bir neçəsi hazırda Azərbaycan klubları və müxtəlif yaş qruplarından ibarət milli komandalarda çıxış edirlər. Onlardan hazırda 18 yaşı olmasına baxmayaraq, U-19 və Olimpiya millimizin kapitanı, Premyer Liqada “Zirə”nin şərəfini qoruyan Cəlal Hüseynov, AFFA U-10 Liqasının 67 qolla son bombardiri Ədalət Hüseynli, “Qarabağ”ın əvəzedicilərində çıxış edən Kamran Məmmədov, Cavid Nəciyev (“Qaradağ-Lökbatan”) və.s. gənclərin adlarını çəkmək olar.

image-received_1677894542394645 image-received_4005048986200398 image-received_1169186280195619 image-received_302625974824225 image-received_535804664076949 image-received_905166136950948 image-received_455606612336422 image-received_296063375377776

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki