Ağ Evdə bayraqlar yarıya endirildi

Ağ Evdə bayraqlar yarıya endirildibackend

Yanvarın 10-da Tramp tərəfdarlarının böyük bir qrupuna qarşı müdaxilə edən polis əməkdaşı Brayan Siknikin xatirəsinə ithafən ABŞ bayrağı yarıya endirilib.

Busaat.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Spiker köməkçisi Cadd Der vəzifəsi başında olan təhlükəsizlik qüvvəsi əməkdaşının sülhü təmin etmək üçün vacib addım atdığını qeyd edib:

“Prezident Donald Tramp və administrasiyası adından Konqres polisi Brayan Siknikin ailəsinə başsağlığı diləyirik. Bu kimi amerikalı qəhrəmanların ölümünə kədərlənirik”.

Bildirilib ki, ötən gün anım məqsədilə Ağ Evdə bayraqlar yarıya endirilib.

Xatırladaq ki, yanvarın 7-də axşam saat 21:30-da Kapitoli polisi Brayan Siknik xidmətdə ikən etirazçılarla mübarizə zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib.

Kapitoli iğtişaşlarından sonra daha bir polis Hovard Libenqudun ölüm xəbəri yayılmışdı. “Associated Press” onun intihar etdiyini yazmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90