Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir;
COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azerbaycana olan böyük ehtiramın və dəstəyini göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilatı məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedirAprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Nəzərə yetirmik ki, COP29 forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verilir
.Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, Mən müntəzəm olaraq ADA Universitetinin forumlarında iştirak edirəm və artıq qeyd edildiyi kimi, biz sonuncu dəfə ötən il dekabrın əvvəlində görüşmüşük. O vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və deyərdim ki, bütün bu hadisələr müsbət məcrada cərəyan edib. Buraya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası daxildir. COP29-a gəldikdə isə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq.
Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Siz sabah Laçına səfər edəcəksiniz. Mən burada çoxlu tanış simalar görürəm və bilirəm ki, forum iştirakçıları artıq Şuşa, Ağdam və Zəngilanda olublar, bu dəfə isə Laçına səfər edəcəklər. Ancaq yeni iştirakçılar da var və əminəm ki, siz səfərinizdən zövq alacaqsınız. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır.
Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək.
Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir.Laçın 1992-ci ilin mayında – Şuşanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birinci Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biri idi, çünki bunun nəticəsində Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlaqəsi yarandı və bu, Ermənistandan bizim torpaqlara çox böyük həcmdə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı.Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsini azad etdik və bunun özü də mühüm hərbi qələbə idi. Lakin rayonun əksər hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Beləliklə, mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir.Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.
Əmirova Nəzrin Elşən qızı
Azerbaycan Dövlət Pedaqoji Universiteti