Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.35 $▼2.02%
  • WTI neft86.60 $▼1.97%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.147 $▼0.35%
  • Qızıl3 880 $▲0.24%
  • Gümüş46.84 $▼1.01%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.75 ¢▲0.17%
  • Bitcoin64 193 $▼1.72%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 466▼1.26%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Son dəqiqə

Ağalı kəndinə növbəti köç olacaq, püşkatma keçirildi

image-c55cd91f-1561-3e56-b6f0-65e98fdc12cc_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Busaat.az xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Püşkatmada 33 ailə (177 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 15-i dördotaqlı, 8-i beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, oktyabrın 26-ı və 28-də Ağalı kəndinə yola salınacaqlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125557