Ağdərədə ermənilər bir-birini bıçaqladı: ölən var
Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.
Busaat.az Report-a istinadən xəbər verir ki, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.





