Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında “Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində ilk tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqlarına əzəli və əbədi dədə-baba yurduna qayıtmaq niyyətində qətiyyətlidir. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkəmizin rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır.
“Dialoq və İnkişaf Naminə” İctimai birliyinin sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıb. Bildirilib ki, məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq olub. Daha sonra çıxış etmək üçün söz Birliyin idarə heyətinin üzvü və layihınin eksperti Anar Əsədova verilib. Natiq qeyd edib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb.
Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsmalıyev və Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Zəngəzur dəhlizinin iqtisadi, konseptual və beynəlxalq əhəmiyyətindən və Qərbi Azərbaycana qayıdış milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.