Aİ Belarus aviaşirkətlərinə qarşı sanksiyalar hazırlayır

image-belarusbackend

Avropa İttifaqı “Ryanair”ə məxsus sərnişin təyyarəsinin Minskdə məcburi endirilməsi ilə əlaqədar Belarus aviasiyasının və milli aviaşirkətin onlarla yüksək vəzifəli nümayəndəsinə qarşı sanksiyalar hazırlayır.

Busaat.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrinə istinadən bildirib.

Sanksiyalar hələ müzakirə olunur, lakin cümə günü Avropa İttifaqının səfirləri ilkin olaraq Belarus hava yollarına Aİ ölkələri üzərində uçmağı və hava limanlarında enməyi qadağan edəcək qərar qəbul edə bilərlər.

Diplomatik mənbə agentliyə bildirib ki, Avropa İttifaqının bütün ölkələri bu yanaşma ilə razıdır. Digər diplomatın sözlərinə görə, bu siqnal Belarus Prezidenti Aleksandr Lukaşenkoya fəaliyyətinin təhlükəli və qəbuledilməz xarakter daşıdığını anlamağa imkan verəcək.

Diplomatların sözlərinə görə, Müdafiə Nazirliyi və nəqliyyat sahəsinin yüksək vəzifəli nümayəndələri, HHQ hərbçiləri, Minsk hava limanının yüksək vəzifəli şəxsi, mülki aviasiyanın yüksək vəzifəli nümayəndəsi sanksiyalara məruz qala bilərlər. Bundan başqa, aviasiya sektorunun daha bir dövlət müəssisəsi ilə əməkdaşlığa qadağa qoyulacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90