“Ailə həyatı tək ayaq yumaqdan ibarət deyil” – Xuraman

image-xuraman11backend

“Ailə həyatı tək ayaq yumaqdan ibarət deyil. Bəli, əgər həyat yoldaşım xəstədirsə və ayağını yuya, corabını geyinə bilmirsə ona yardım etməlisən. Amma ailədə xanımlıq tək corab geyindirməkdən ibarət deyil”.

Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi bildirib ki, uşaqları ondan utanmasın deyə ingilis dilini öyrənir:

“Savadlı övlad böyütmək, ona təhsil vermək, maarifləndirmək, dil öyrətmək lazımdır. Biz indi elə bir dövrdə yaşayırıq ki, övladlara da savadlı, nümunəvi, intellektual səviyyəsi yüksək olan valideyn lazımdır. Əgər biz övladlarımıza savad veririksə özümüzdə mütləq savad almalıyıq. Çünki sabah övladımız bizlə harasasa gedəndə bizdən, nitqimizdən, danışığımızdan, hərəkətimizdən utanmamalıdır. Mən şəxsən özüm çalışıram ki, ingilis dilini öyrənim. Məktəbdə ingilis dilini yaxşı oxumamışam. Amma çalışıram ki, bu dili öyrənim çünki böyük oğlumun ingilis dilini bilmək səviyyəsi yüksəkdir. Digər övladlarım da bu dili öyrənməyə çalışırlar. Məndə çalışıram bu dili öyrənim ki, oğlumla harasasa gedəndə o dostların yanında məndən çəkinib deməsin ki, anam ingilis dilini bilmir. Çünki yaşa dolduqca bunların hamısını anlayırsan. Sadəcə istəyirəm ki, oğlum dostları ilə ingilis dilində danışanda məndə onların dialoquna qoşula bilim. Kənardan dayanıb baxmayım ki, onların nə haqda danışdırlar”.

Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan Xuraman Şuşalının dörd övladı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki