Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.68 $▼0.14%
  • WTI neft102.08 $▲0.73%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.018 $▼1.50%
  • Qızıl4 066 $▲0.24%
  • Gümüş53.89 $▼0.42%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 084 $▲0.35%
  • Ethereum2 353 $▲0.25%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

“Alibaba”nın yaradıcısı Asiyanın ən varlı adamı oldu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çinin “Alibaba” koporasiyasının qurucusu Cek Ma Hindistanın “Relience Industries” holdinqinin sahibi Mukeş Ambanini qabaqlayaraq Asiyanın ən varlı adamı olub.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinini yaydığı məlumatlar göstərir.

“Bloomberg” iş adamının sərvətini 44,5 milyard ABŞ dolları dəyərində qiymətləndirib ki, bu da onu dünyanın ən varlı adamları siyahısında 18-ci edib. Agentliyin məlumatlarına görə, son sutka ərzində, təxminən, 5,8 milyard ABŞ dolları itirən M.Ambaninin var-dövləti isə 41,8 milyard ABŞ dolları təşkil edir və o, reytinqdə 19-cu yerdə qərarlaşıb.

Agentliyin mütəxəssisləri bildirirlər ki, C.Ma şirkətin mobil tətbiqetmələri və bulud saxlama sistemindən istifadə edilməklə məlumat emalı xidmətlərinə artan tələbat səbəbindən itkiləri minimumlaşdırmağa müvəffəq olub.

Agentliyin məlumatına görə, iş adamının son sutkada itkisi 1 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Alibaba” şirkəti 1999-cu ildə yaradılıb və dünyada elektron ticarət və rəqəmsal ödənişlər ilə məşğul olan ən böyük təşkilatlardan biri hesab olunur. Cek Ma isə şirkətin yaranmasının 20 illiyində – 10 sentyabr 2019-cu ildə rəhbər vəzifəsindən ayrılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5449