5 amerikalı məhbus və onların ailə üzvlərini daşıyan Qətər təyyarəsi Tehrandan Dohaya yola düşüb.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və ABŞ arasında planlaşdırılan məhbus mübadiləsinin bu gün baş tutacağını açıqlamışdı. O, hər tərəfin beş məhbusu azad edəcəyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ-də azadlığa buraxılan İran vətəndaşlarından ikisi ölkəyə qayıdacaq; daha ikisi ABŞ-də qalacaq, sonuncu isə üçüncü ölkəyə gedəcək. Bunun müqabilində Tehran İran həbsxanalarında saxlanılan 5 ABŞ vətəndaşını Amerika tərəfinə təhvil verəcək.