Məzmuna keç
  • Azeri Light122.28 $▼2.50%
  • Brent neft113.02 $▲0.85%
  • WTI neft103.76 $▲0.57%
  • Avropa qazı (TTF)100.10 €▲2.66%
  • Təbii qaz (ABŞ)2.916 $▲0.66%
  • Qızıl3 998 $▼0.14%
  • Gümüş50.91 $▼0.84%
  • Pambıq78.43 ¢▲0.27%
  • Buğda604.75 ¢▼0.33%
  • Bitcoin77 910 $▲0.15%
  • Ethereum2 226 $▼0.99%
  • S&P 5007 720▼0.36%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

Ana Vətəndə yeni gərginlik: 12 nəfər partiyadan qovuldu

image-2025-11-22-13-08-50tsyvhtvw8jiis9uxc6nq_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ədliyyə Nazirliyindən hələ cavab almamışıq, lakin 12 rayon təşkilatının sədrinin partiya üzvlüyünə xitam verilməsi barədə idarə heyətinin qərarı var”.

Busaat.az xəbər verir ki, bunu “Yeni Sabah”a Ana Vətən Partiyasının sədri olduğunu iddia edən Elçin Ağamalı bildirib.

Onun sözlərindən belə çıxır ki, partiyanın IX qurultayından sonra davam edən qalmaqala Ədliyyə Nazirliyi rəyini hələ bildirməyib.

Fəzail Ağamalı “Yeni Sabah”a mövzuya dairr fikir söyləmək istəməyib:

“Özümüz lazım olduqda mətbuata məlumat verəcəyik”.

Elçin Ağamalı isə prosesin hüquqi müstəvidə davam etdiyini vurğulayıb:

“Ədliyyə Nazirliyindən hələ cavab almamışıq, lakin 12 rayon təşkilatının sədrinin partiya üzvlüyünə xitam verilməsi barədə idarə heyətinin qərarı var. Bu qərardan sonra təşkilatlardan bir neçəsinin imzası ilə Ədliyyə Nazirliyinə şikayət ərizəsi verilib”.

E. Ağamalının sözlərinə görə, partiyanın daxilində kadr və struktur dəyişikliklərinə cəhd edilir:

“Partiyanın simasında dəyişikliklər edilməyə cəhd göstərilir. Rayon təşkilatlarının sədrləri qanunsuz olaraq kütləvi şəkildə dəyişdirilir. Ədliyyə Nazirliyinin cavabı gözlənilmədən bu cür tələm-tələsik addımlar atılır. Məqsəd partiyanın yaxın zamanlarda qeyri-legitim qurultayını keçirməkdir. Bununla bağlı da əlavə bir məktub Ədliyyə Nazirliyinə təqdim olunacaq, artıq məktub mətn hazırlanıb”.

Daha bir məktub hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunacaq:

“Çox istərdik ki, Ədliyyə Nazirliyinin müvafiq rəyi olmadan bu cür addımlar atılmasın, təəssüf ki qarşı tərəf nazirliyin rəy və mövqeyini gözləmədən bu cür addımlar atır.

“Ana Vətən Partiyasının idarə heyəti tərəfindən qəbul edilən qərarların heç bir legitimliyi yoxdur. Hazırda idarə heyəti bir qurum kimi öz funksiyasını yerinə yetirmir. Çünki idarə heyətinin tərkibi formalaşdırılmayıb; ikincisi, nizamnaməyə əsasən oraya daxil ola biləcək rəhbər şəxslər hazırda partiyada mövcud deyil”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176846