ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara müraciət etdi

image-89140cd4-ca26-3434-a708-2daa1881b3a5_850backend

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə Agentlikdən Busaat.az-a daxil olan məlumatda qeyd edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki