Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır

image-tia_594e7604bd570c312cd3e298931dc373_soc6x7zqklt0g1yu2wei-640x336backend
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının əməkdaşı Gülmira Şadlinskaya yenidən qurumu məhkəməyə verib.
Bu barədə Qaynarinfo-ya onun özü bildirib.
Gülmirə Şadlinksayanın sözlərinə görə, 2018-ci ildən sözügedən pansionatda müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı işləyir. O, 2023-cü ilin martında müqaviləsi bitməmiş işdən çıxarılıb.
Gülmirə Şadlinskaya Binəqədi Rayon Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə onun iddiasını təmin edib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi qərardan apellyasiya şikayəti versə də, məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Qurumun Ali Məhkəməyə verdiyi kassisya şikayəti də təmin edilməyib. Beləliklə, Gülmirə Şadlinskaya işinə bərpa edilib.
Lakin ona yenidən işdən çıxarılması ilə bağlı xəbərdarlıq edilib. “Mənə deyiblər ki, müqavilənin müddəti bitir və işdən çıxarılacaqsınız. Bu qanunsuz addımdır. Çünki mən 2018-ci ildən işləyirəm. Əmək Məcəlləsinə əsasən, bir müəssisədə 5 ildən artıq çalışdıqda onunla müddətsiz müqavilə bağlanır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin rəhbərliyi isə qanuna əməl etmək istəmir. Ona görə də yenidən məhkəməyə müraciət etmişəm”, deyə Gülmirə Şadlinskaya bildirib.
Gülmirə Şadlinskaya onu da əlavə edib ki, məhkəməni udaraq işinə bərpa edilsə də, ona məzuniyyət verilməyib.
“Məzuniyyət də vermədilər, mükafatları da. Baxmayaraq ki, məhkəmə yolu ilə işimə bərpa olunduğum üçün bu məzuniyyət hüquqmdan istifadə etməliydim, eyni zamanda işçilərə verilən mükafatlar mənə də verilməli idi. Yeni iddiamda bu məsələlər də əks olunub”, deyə Gülmirə Şadlinskaya qeyd edib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur. O, 2021-ci ildən bu vəzifədədir.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki