Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.01 $▼1.32%
  • WTI neft87.35 $▼1.12%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.165 $▲0.22%
  • Qızıl3 868 $▼0.05%
  • Gümüş47.16 $▼0.34%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 424 $▼1.36%
  • Ethereum1 819 $▼0.87%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

AQTA-nın laboratoriyası "İvanovka" kənd məhsullarına saxta rəy verir? — ŞOK AÇIQLAMA

image-ivanova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ölkəmizdə marketlərdə satışda olan süd məhsulları ilə bağlı ciddi problemlər var. Ancaq çox təəssüflər olsun ki, onlar üzərində ciddi araşdırılma aparılmır. Mən üç il öncə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni fəaliyyətə başlayanda onların guya “çox böyük qiymətə yaradılmış” laboratoriyasına xama verdim və araşdırılmasını istədim. Onlar mənə nəticə olaraq amorf sənəd verdilər, həmin sənəddə xama olub-olmaması isə göstərilmirdi. Nə qədər məcbur etdim, ancaq birmənalı cavab vermədilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Süd məhsulları ilə bağlı müştəri şikayətlərinə də toxunan Eyyub Hüseynov bildirib:

“İlk baxışdan onlar süd məhsuluna bənzəyir, amma tərkibində nə olduğu bilinmir. Çox təəssüf olsun ki, aidiyyatı qurumlar bu məsələlərə epizodik baxır.

Agentliyin hazırda əsas diqqətində isə etiket məlumatları ilə tərkib araşdırılması dayanır. Lakin bu onların hədəf nöqtəsi olsa da, hələ də, bir çox problemlər yaranır. Misal üçün, satılan qatığın üzündə qaymağı, ancaq həftələrlə xarab olmur.

Azad İstehlakçılar Birliyi bu cür qatıqlara şübhəli yanaşır. Bir sözlə, bu sahədə ciddi problemlər var və xüsusən “İvanovka” mağazalar şəbəkəsi, kənd məhsulları, bazarlarda satılan bu kimi süd məhsullarına da böyük şübhələr var. Mütləq şəkildə istehlakçılar məhsulun buraxılma tarixi ilə yararlılıq tarixi arasındakı məsafəyə fikir versinlər. Əgər qısadırsa, ona üstünlük versinlər. Məhsulun üzərində “AZS” standartı olmasına mütləq üstünlük versinlər. Şübhələndikləri hallar olanda isə dövlət orqanlarına müraciət etsinlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109287