Araşdırma: 21-ci əsrin sonunda milyardlarla insan məhv olacaq

image-photo_129552backend

Alimlərin “Earth4All” layihəsinin yeni hesabatında qeyd edilən araşdırmasına görə, hazırda səkkiz milyard olan dünya əhalisinin 2040-cı ilə qədər artacağı, bundan sonra isə kəskin şəkildə azalacağı iddia edilib.

Akademiklərin irəli sürdüyü “qiyamət” ssenarisinə görə, 21-ci əsrin sonuna qədər dünya əhalisindən milyardlarla insanın yox olacağı iddia edilir.

Araşdırmaya görə, dünya əhalisinin 2040-cı ildə 8,5 milyarda çatacağı qeyd edilsə də, daha sonra dünyanın ən yoxsul ölkələri yoxsulluqdan qurtulduğu üçün bu rəqəmin növbəti altmış il ərzində kəskin şəkildə azalacağı ifadə edilib.

Tədqiqatçılar hesab edirlər ki, təhsil və səhiyyənin yaxşılaşdırılması, eləcə də təmiz enerjiyə çıxışın əldə edilməsi nəticəsində dünya əhalisi 2100-cü ilə qədər təxminən 6 milyarda qədər azalacaq.

“Earth4All” layihəsinin rəhbəri və tədqiqatın arxasında duran Norveç Biznes Məktəbinin Davamlılıq Mərkəzinin direktoru Per Espen Stoknes deyib: “Biz bilirik ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın doğum nisbətlərinə böyük təsiri var. Bu nisbətlər aşağı düşür”.

Araşdırmada əhali artımının Anqola, Niger, Konqo Demokratik Respublikası və Nigeriya kimi bəzi Afrika ölkələrində, eləcə də Əfqanıstan kimi bəzi Asiya ölkələrində ən yüksək olduğu qeyd edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90