Arif Hacılının istefası ilə bağlı AÇIQLAMA

image-arif12backend

“Elçibəy İnstitutu” İctimai Birliyinin icraçı direktoru Oqtay Qasımov Müsavat Partiyasının başqanı Arif Hacılının təşkilatdan istefa verməsinə və institutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından şəxsi maraqları naminə istifadə etməsi barədə açıqlamasına münasibət bildirib.

Busaat.az xəbər verir ki, O.Qasımov Pravda.az-a açıqlamasında belə deyib: “Doğrusu, mənim üçün məlum deyil, nə məsələdir.

Xəbərim yoxdur, məlumatsızam ki, Arif bəy nəyi və kimləri nəzərdə tutur, səbəb nə olub. Buna görə də onun istefasını şərh etməyim mənim üçün çətindir. Yaxşı olar, Arif bəy bu suallara özü ətraflı aydınlıq gətirsin. Sadəcə, gecə məlumatım oldu. İstefa verəndən sonra A.Hacılı ilə danışmamışam, əlaqəm olmayıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki