Busaat.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2-ci turunda Londonun “Kristal Pelas” və “Arsenal” komandalarının qarşılaşdığı oyun başa çatıb.
Rəqiblər Londondakı Selhurst Parkda qarşılaşıblar. Oyunu baş hakim David Kutun (Vest Yorkşir) başçılığı ilə hakimlər briqadası idarə edib.
“Arsenal” rəqibini minimum 1:0 hesabı ilə məğlub edib.
Matçın yeganə qolunu 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən “topçular”ın yarımmüdafiəçisi Martin Odeqaard vurub. “Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu 67-ci dəqiqədə meydandan qovulub.
Turnir cədvəlində Mikel Artetanın yetirmələri altı xalla üçüncü yerdədir. “Kristal Pelas” isə 3 xalla 11-ci yerdədir.
“Arsenal” İngiltərə Premyer Liqasında ötən mövsümü turnir cədvəlinin ikinci pilləsində başa vurub. Komanda 38 oyundan sonra 84 xal toplayıb. Son turda “topçular” öz meydanında “Nottingem Forest”ə qalib gəlib – 2:1. “Kristal Pelas” səfərdə cari mövsümün açılış matçında “Şeffild Yunayted”dən (1:0) güclü idi. London komandası 2022/2023 mövsümünü 45 xalla 11-ci yerdə başa vurub.