Artıq “ Babalar ” dünyaya doğurdanmı lazım deyillər ?

image-imagesbackend
image-ad_qayo_720x110px

Orxan FİKRƏTOĞLU

Qlobal siyasi düzənin yaddaşı yoxdur. Yaradılan yeni nünasibətlər fonu da yaddaşsızdır. Əgər gələcək kimi vəd edilən bu “süni ərəfə” mövcud sivilizasiyanın daha yüksək bir mərtəbəyə keçididirsə onun qaydaları fikrimcə təbii şəkildə formalaşmalıydı.Təkərin icadı, atın əhilləşməsi, neftin sənayeləşməsi dövrü və digər bu tip təbii ərəfələr kimi.

Bu gün ən yeni insan sivilizasiyası süni texnolojularla tamam fərqli bir zehniyyata uyğunlaşdırılır. Dərk etmə,adekvat qiymət vermə,qarşındakı predmeti düzgün anlama amilləri artıq atipikdir. Bu gün sürətli informasiya axınınında düşüncəsiz və yaddaşsız insan tipi,dövlətlər və xaqlar arası yeni münasibətlər məcmuələri,yeni davranış və əxlaq normaları yaradılır.

Dünya dəyişir, gözümüzün önündə yenidən şəkillənir. Yeni “əxlaq müstəvisi” olacaq paralel “ dünya” düşünülür. Hal hazırda baş verən və bir neçə il ərzində baş verəcək siaysi böhranlarından sonra siyasi və iqtisadi baxımdan real dünyada daha çox virtual düzənlə şəkillənəcək fərqli yaşam modeli formalaşacaq. Yeni hərbi birliklər, bloklar,ekosiyasi qruplar yaranacaq.
Adətən ölkələrin qarşısında yeni siyasi hədəfləri yaradan və hədəfləyən amil millətlərin öz dövlətlərinə verdikləri sosial sifarişlər olur. Bu sifarişlərin ruhani komponentləri isə milli mədəniyyətlərin mətbəxlərində cilalanır.

Azərbaycanlı zehniyyatına son illər edilən müxtəlif təklif və çağırışların qarşısında əbədi olaraq dəyişməz qalan və bizi daim bir millət olaraq ayaqda saxlayan ən sokral ruhsal məqam milli mədəniyyətmizdir. Bu gün biz mədəni halədə ancaq milli mədəniyytəmizə söykənərək ,yaddaş ərazimizə edilən yad və ekspansiv basqılara sinə gərə bilərilk.

Törə əxlaqı ilə formalaımış ənənəvi milli mədəniyyətimiz bu gün üzsüz “ Joker mədəniyyəti ” ekspansiyası ilə açıq savaşdadır.

Bu gün yeddi yaşlı “ Dijital nəvə ” yetmiş yaşlı “Atipik zehniyyatlı” milli yaddaşa sahib olan babasını təklif edilmiş elektron dünyada tamam fərqli dəyər və zehniyyatla “ idarə edir ”.

Bu gün ağsaqqal institutu,əsrlərlə formalaşmış ailə modeli,ənənə və əxlaq kimi min illik təfəkkür sistemi cəmiyyətdə arxaizmdir. “Atipik zehniyyatlı” baba arxitipi cəmiyyətdə dominatlıq edən süni reallıqda mifik nağıl obrazından savayı bir obraz deyil. İnsanlıq bu dövrə qədər heç zaman ənənəvi əxlaq normalarının, oturuşmuş milli dəyərlərin, milli institutların bir nəsil aralığında dəyişdiyini yaşamamışdı. Dünya öz əbədi yaddaşını heç zaman bu qədər sona qədər “ Delete” etməmişdi.

Bu reallıq özü –özünəmi yarandı ?
Belə sürətli dəyişmə mexanizmi təbii şəkildə baş verən evalyusiya prosesdirmi, təbii seçimdirmi ?

Artıq “ Babalar ” dünyaya doğurdanmı lazım deyillər ? Bu verdikti kimlər verir? Milli yaddaşı,min illik tarixi xatirələri,adət və ənənənələri bu gün kimlər və niyə bizə unutdururlar? Kimlər “ Köhnəmi və təzəmi ” etik dilemmasını qarşımızda sual kimi qoyur?
“Texnointibah günün tələbidir” tezisini bu gün kimlər müəyyən etdi?
Kimlər yeni dünya modelini bu tezisi uyğun dəyişir?
Azərbaycan mədəniyyəti bu gün həmin bu süni texnointibah nağılı arealında milli dəyər olaraq bizi qoruya bilirmi? Bu gün yaradılan musiqimiz,ədəbiyyatımız hansı qaynaqlardan bəhrələnir ? Rəngkarlığımız milli dəyər olan Abşeron rəsm məktəbini qoruyub saxlaya bilibmi ? Xalçaçılıq necə? Bu məktəbin davamı varmı? Qacar məktəbi rəsm yönü, siyahi-qələm nəqqaşlığı və ya qrafik tərzi ,Sultan Məhəmməd minatür məktəbi bu gün şərti olaraq yeni sənət xətti kimi müasirləşərək bəşər mədəniyətini zənginləşdirməyə qadirdirmi ? Ya əksinə bizə təlqin edilmiş yeni “sənət şərtilikləri “ artıq milli mədəniyyət çeşidləridir.
Biz dəyişmişik? Biz dəyişmişik.
Biz istədik- istəmədik dünyanın “ qloballaşma nağılının” qulağı və gözü olan sosial şəbəkələrin bir parçasına çevrilmişik. Biz bu yeni nağılda yaddaşsız istifadəçilərik.Yenidən yaradılırıq.Bizə yeni miflər, yeni tarix və yeni yaddaş sırınır.
Psevdomədəniyyət – sosial şəbəkələr kütlə intelekti və eqosu ilə süstlənən fərqli düşüncəyə malik irreal mühitdir.Bir mühit real həyatda yoxdursa,onun sabahı ola bilərmi? Olarsa bu sabah necə şəkillənər ? Yeni insan növü olan “şəbəkə insanı” tipi harda yaşayacaq? Hansı mədəniyyətdən qaynaqlanacaq? Hansı əxlaqa sahib olacaq? Onun mənəvi dəyərləri olacaqmı?
Milli mədəniyyətmiz bu gün paraleldə saxta və çox sürətlə bizi dəyişdirən “ fikir axını” mexanzimindən insanımızı qoruyurmu ?
Biz bu saxta və sürətli beyin axınından milli mədəniyyətimizi qoruya bilirikmi ?
Sosial şəbəkələrdə milli yaddaş yoxdur , ancaq sosial yaddaş var. Şəbəkələrdə istifadəçilər sürətlə dəyişən münasibətlər fonunda və informasiya axarlılığında formalaşdırılır.Şəbəkələrdə ancaq bu gün var sabah yoxdur. Təklif olunan yeni reallıqda yaddaş da yoxdur.
Bununla belə bu gün mobil şəbəkələr insan əzası qədər aktualdır. Onsuz heç bir insan fərd olaraq öz sınırında mövcud deyil.
Deməli bu gün mən sizə artıq yeni və milli baxımdan atipik insandan danışıram. Və bu insanın dini,milli,etnik ən başlıcası zehni mənsubuiyyəti onu yetişdirmiş min illik milli eqrodağdan qaynaqlanmır.
Bu isə o deməkdir ki,cənablar,çox yox bir nəsildən sonra bu gün atalarını, anlamayan uşaqlar sabah həmin sürətlə öz balalarını da, anlamayacaqlar. Balalar da eləcə öz atalarını anlamayacaqlar. Və onların qayğısına bizim qaldığımız qədər qalmayacaqlar. O ,balalar da zamanında öz balalarını beləcə unudacaqlar. Və sonda insan ancaq öz eqosu ilə Tanrı qarşısında tək başına qalacaq. Artıq milli yaddaşdan qaynaqlanan ataların uşaqlarına, uşaqların atalarına və sonra da öz balalarına olan insaflı və sevgi dolu münasibətlər məcmuəsi tamamiylə yox olacaq. Və insan ancaq özü-özü üçün ,təkbaşına yaşayaraq absalyutla tamam yeni münasibətlər quracaq.Bu tip düşüncə əlbətdə ki, yeni dinlərin,yeni mədəniyəytlərin və idarəçilik modellərinin yaranmasına səbəb olacaq.Milli yaddaş və milli mədəniyyətlər silinəcək. İnsanlıq tamam fərqli bir tərzdə mövcud olacaq və özünüifadə edəcək. Bəşəriyyət bu cür yaşamaqdan irəli gedəcəkmi? .Ənənəvi tanrısını tanıyacaqmı ? Mən bu suallara cavab verməyəcəm. Bununla bərabər dəyişmənin artıq real proses olduğunu da bilirəm.
Biz öz xilasımız naminə milli mədəniyyətmizi təbliğ etməliyik ki, yaddaşımız və gələcəymiz əbədi mövcud olsun.
Azərbaycan mentallığı min illərlə formalaşmış ənənəvi milli mədəni dəyərlər sistemində, hiss edərək yaratdığı, yaşam təcrübəsinə söykənərək dərk etdiyi min illik milli ənənədə əbədi olaraq yaşamaq fikrindədirsə bu yeni və gözlə görünməyən dağıdıcı ekspansiyanın qarşısını ondan da güclü bir mövcudolma mexanizmi yaratmaqla kəsə bilər. Bu isə artıq milli azadlıq və milli mədəni ərazilərimizin sərhədlərinin qorunması məsələsidir.
Biz bu gün öz meydançamızda oynamırıq. Rəqibin meydançasındayıq. Sosial şəbəkələr və digər bu tip texnosahədəki “nouxaualar” ilk baxışdan bizə texniki tərəqqinin bir parçası kimi təqdim edilir. Bu həqiqətən də belədir. Biz bu tip yeni texniki zehniyyatı qədim Oğuz ellərində görməmişdik. Və özümüz də yaratmadıq..
Uşaqlarmız bu şərti yenilikləri idarə edə bilsinlər deyə xaricdə təhsil alırlar. Əlbətdə ki, zəki uşaq millətin sərvətidir.Buna ancaq sevinmək lazımdır. Bəs görəsən bizə bu yeni texnosahədə öz uşaqlarımızın əliylə öyrədilən və təlqin edilən nədir?
Bax Qəribi də burda ağlamaq tutur.
Nədən biz musiqidə Üzeyir bəyi deyil digər “mister bəyləri ” bir milli dəyər olaraq gündəmə gətiririk? Bunu bizim yerimizə öz ərazimzidə kimlər müəyyən edir? Bizim zövqümüzü kimlər təyin edir?
Nədən milli Televiziyalar ancaq reytinqlə işləməlidirlər? Milli ideologiyaya xidmət edən verlişlər “para gətirmir” deyə bağlanmalıdırlar.Və buna səbəb kimi,”tamaşaçıların seçimi” dəlil gətirilməlidir. Reklam gəlirləri ilə idarə olunan televiziyalar əlbətdə ki milli mədəniyyəti təbliğ edə bilməzlər. Bu reallığı kimlər yaradıb?
Nədən? nədən? və bu tip nədənlər görürsüz ki,getdikcə çoxalır.
Cavab isə birdir. Ona görə ki, biz artıq milli dəyər daşıyıcısı və öz zövqümüzün sahibi deyilik. Biz öz gözümüzdən salınmış, ayaqüstə gəzən mobil telefonlarıq, enerjimiz bitəndə isə hamımız yad mərkəzlərdən süni enerji ilə təmin edilirik.Hamımızın da çiynində bir torba telefon naqilləri var.
Bu mənzərə milli yaddaşın pozulması mənzərəsi deyilmi?
Yeni dijital insan hansı dəyərlərlə yaşayacaq?
Bunu kimlər müəyyən edir?
Ümümbəşəri xaos?
Sosial şəbəkələr sizə ilk baxışdan düşüncəsiz və xaotik sistemsizlik kimi də görünə bilər.Yəqin düşünürsüz ki, bu məkan cahillərlə zəngindir. Burda qorxulu nə var ki ? Sadəcə uğursuz insanlar eqolarını şəbəkədə təstiq edirlər və bu qədər bəsit. Amma tələsməyin. Mən bu cahilliyin arxasında çox böyük ağılların varlığını görürəm. Hər bir mürəkkəb mexanizm göründüyü qədər asan dərk olunmur.
Hissəsi olduğumuz bu irreal reallğı Azərbaycan düşünərləri yaradmayıblar. Bu yeni sistemi kim yaradıbsa öz siyasi məqsədləri ilə də idarə edir.Havayı pendir ancaq tələdə olur. Sosial şəbəkələr bizə bir biznes layihəsi kimi təqdim olunsalar da gerçəklikdə bir mərkəzdən idarə olunan çox etaplı beyin zəhərləmə prosesi vasitəsidir. Fərqli insanları və millətləri hiss olunmadan eyniləşdirmək,süni davranış normaları yaratmaq üçün düşünülmüş siyasi rıçaqdır. Milli mədəniyətləri, milli zəmində qurulmuş sosial və siyasi institutları güclü olan xalqlar bu tələyə heç zaman düşmürlər. Unutqanlar isə düşürlər.
Hələ ki, hərşeyşünas düşüncəyə malik, “beynəlmiləl” baxışlı,eqosunu özü kimi “dahilər ” içində cilalamış insanlar, birinci nəsildir deyə milli yaddaşımızı zədələyə bilmirlər. Amma biz milli paradiqma ilə “ümumbəşəri” zehniyyatı müqayisə edə bilən son Azərbaycanlılarıq. Biz xatirəsi olan son milli “ dinozavrlarılq”. Bizdən sonrakı nəslə yetərincə sahib çıxılmasa onlar tamam fərqli dəyərlər üzərindən formalaşdırılacaqlar. Biz bunu istəyirikmi? İntibahı, köləlikdən ayıra biləcək qədər ayığıqmı?. Texniki tərəqqini,süni dəbdən seçə bilirikmi? Mən demirəm ki,texnointibahdan qaçıb, mağaralarda yaşayaq. Və ya mersedes markalı maşına deyil eşşək arabasına minək. Mən deyirəm ki, bu texniki tərəqqini özümüz yaradıb öz marağımızda və əxlaqımızda kütləyə təlqin edək. Öz sosial şəbəkələrimizi formalaşdıraq. Bunun üçün isə ən əvvəl savadlı olmaq şərtdir. Savad isə mənim fikrimcə milli yaddaş qaynaqlarından bəhrələnməlidir.
Xatırlayırsınızsa törə adətlərimizə görə bizə iki dəfə ad qoyardılar. Bir dəfə doğulanda köbək adı verədrdilər bir dəfə də ərlik göstərdikdə ərlik adı. Göbək adını insana atası qoyardı.Və ancaq ailə içində insanı bu adla çağırardılar. Ərlik adını isə sən özün qazanamalıydın. Əməlinlə. Bir iş görərək. Qəhrəmanlıq göstərərək. O, zaman insanları ancaq əməlinə görə tanıyardılar və bir ad olaraq qəbul edib çağırardılar. Buğanı yenmişə Buğac adı qoyardılar. Qələbə qazanmışa Qazan adını. Pisə pis ad qoyardılar. Yaxşıya yaxşı. Əyriyə əyri ad verədilər. Düzə düz.Və insan bir ömrü boyu bu qazandığı adla yaşamalıydı. Bu adət toplumun tərbiyyəsiydi. Təpəgöz bizim mifologiyada zinadan,günahdan doğulur. Tabudan-qadağadan yaranır. Mifik şüur insanı bu obrazla qorxudurdu ki, əgər sən tabunu pozub ailəndən kənarda zina etsən belə bir günah-oğlun doğulacaqdır. Və bu günah sonra böyüyüb hamımızı bütün ulusu bir –bir yeyəcəkdir. Biz belə bir milli yaddaşa sahibik. İnsana əməli müqabilində ad vermək eyni zamanda o demək idi ki, törəyə,tayfaya nabələd bir adam gəlsə belə artıq Oğuz elində aldadıla bilməzdi. Biz ayıbımızdan utanmaqla iki sifətlə yaşayan zehniyyat sahibi deyildik. Biz açıq və mərd toplum idik. Bu tip ad qoymaq ayni ikiüzlülüyü və yalanı cəmiyyətdən xaric edirdi. Və ən başlıcası gənclərə həyatlarına məsuliyyətlə yanaşmağı tövsiyyə edirdi. Kim istəyərdi ki,bütün ömrü boyu Yalıncıq adıyla yaşasın ?
Biz öz oğluna belə ancaq əməlinə görə adekvat ad verə bilən bir zehniyyata köklənmiş toplumuqsa o zaman nədən təklif olunmuş yad,virtual və yalıncıq yeni dünya dəyərlərinə belə sürətlə öyrəşirik ? İçimizdə nə qırılıb? Yaddaşımız nədən korşalıb? Yeni əxlaqda yaxşı və ya pis adam anlayışı yoxdur. Dəyərlər tamam başqadır. Yeni yanaşmanın kahin Dədə Qorqudu da artıq yoxdur ki ,adamına uyğun ad qoysun. Tələb başqadır. Biz isə hələ də ruhsal olaraq,milli yaddaşımızda,dədə- baba törəmizdə, əxlaqımızda yaşayan insaf, namus,qeyrət,şəfqət anlayışları işlək olan bir cəmiyyətdə yaşamağa hesablanmış əxlaq daşıyıcılarıyıq. Gerçəklik isə bizdən yad və süni dəyərləri tələb edir. Bu ikili qavrama əlbətdə ki, bir yaddaşda mövcud ola bilməz. Bunların hər ikisini öz davranışlarında yaşadan adam tapmaq da mümkün deyil. Rəqabət mühiti insafı dışlayır.Bax bu etik dilemmanı həll edə bilməyən insanın sosial şəbəkələrdə cahilə çevrilməsi artıq zaman məsələsidir.
Milli mədəniyyətin dünya çapında yaradılan yeni zəmində bərpası bizim bir millət olaraq zehni xilasımızdır.
“Atalar və oğullar” probleminin hələ də mədəniyyətimizdə gündəm olduğunun şahidisiz. Nədən bu əbədi problemə bu gün belə aşırı maraq var ? Bu problem bizim problem deyildi axı.Biz bu problelmi zamanında və milli yaddaşda həll etmişdik.Yenə bu sualı bizə kim verdi ?
Ata ilə oğulun savaşı insan oğlunun bioloju zehniyyatında daim yaşayan özünümüdafiə şərtiliyidir. İnsan düşünə bilsə də,bioloju varlıqdır. Bütün bioloju varlqıların birgəyaşayış arealında isə ata qocalıb zəiflədiyi zaman ailənin idarəsi daha güclü olan oğula keçir. Bu zəmində bir çox bioloju varlıqlar doğulan erkək balalarını beşikdə öldürürlər. Və ya əksinə oğul qocalmış atasını çaya salıb boğur və ya uçurumdan atır. Atanın nə zaman qocalıb əldən düşdüyü ,varisinin nə zaman gücləndiyi zamanı isə heç bir mənbə biolju varlıqlara qabaqcadan bildirmir. Bu səbəbdən də söylədiyim höcət fərdi məsələdir. Fərqlidir və hər növdə bir şəkildə özünü biruzə verir. Atalar və oğullar savaşı bir çox milli mədəniyyətlərdə təltəlşüurda yaşanan sapma kimi qalmaqdadır. İslam dini atanı cəmiyyətdə Allahın təcəllası kimi təqdim etməklə Azərbaycanda bu höcəti artıq on əsr bundan qabaq həll edib. Bu sual bu gün daha çox qədim mədəniyyətləri olmayan xalqlar üçün sualıdır.Görəsən bu suala biz niyə öz mədəniyyətmizdə cavab veririk? Şah İsmayıl dastanıyla ortaçağ dövrlərdə biz bu müşkülə tamam fərqli bir mədəni hadisə rakursundan da yanaşmışdıq. Bu bizim “atalar və oğullar” probleminə mədəniyyət sınırı içində və milli taxçada cavabımız idi. Bəs nədən milli yaddaş artıq həll edilmiş bu etik dilemmanı bu günki nəslə çatdıra bilməyib?
Ona görə ki nəsillər arasında əlaqə itib.Yeni nəsil başqa dildə danışır.Və yad maraqları öz maraqları kimi qəbul edir.
Bəlkə yaddaşımız qısadır.Bəlkə unutqanıq?.
Deməli bizim bir çox suallarımızın cavabı gələcəkdən çox keçmişdədir. Çünkü bizim bir çox folklorsuz mədəniyyətlərdən fərqli olaraq milli yaddaşımızı qoruyan zəngin milli irsimiz və mədəniyyətimiz var.
Ruhsal sərhədlərmiz bu gün basqı altındadır.Biz özümüzü bu saxta beyin axınından müdafiə edə bilrikmi ? Bunun üçün təşkilatlanmışıqmı?
Dərk mədəni halənin halıdır. Milli mədəniyyətin yeni şəkildə təqdimatı günün tələbidir.Bizim ərəfəmiz budur.Mədəni intibah.Tarixmiz də, özünüdərkimiz də mədəniyyətimizlə bağlıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki