Məzmuna keç
  • Brent neft96.06 $▲0.45%
  • WTI neft88.55 $▲0.34%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.265 $▼2.01%
  • Qızıl3 892 $▼0.64%
  • Gümüş49.81 $▼0.88%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 245 $▼2.98%
  • Ethereum1 959 $▼2.90%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edir – FOTOLAR

image-interpress_13b488b7dea107e94908520eb62690ea_vb23soeunj4r5h9z0xcg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edir.

Busaat.az xəbər verir ki, növbəti görüş rayonun Qoltuq kəndində keçirilib. Kənd məsçidində baş tutan görüşdə millət vəkili sakinləri qəbul edib.

T. Rüstəmxanlı onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.

Deputat həmişə olduğu kimi, yenə də şəhid və qazi ailələrinə xüsusi diqqət yetirib, onlara həlli lazım olan məsələlərdə köməklik göstərəcəyinə söz verib.

Daha sonra görüş içtirakçıları kənd məscidinin təmir olunmasından məmnunluqlarını bildiriblər. Məsciddə namaz qılınıb, dualar oxunub.

Sonda kənd sakinləri Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə Neftçala rayonu Qoltuq kəndinin məscidinin əsaslı təmir edilməsinə və göstərilmiş yardımlarla bağlı deputata dərin təşəkkürlərini ifadə ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156288