Ötən gün Astarada yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Busaat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.
Araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.