“Barselona”nın ispaniyalı müdafiəçisi Klement Lenqlet icarə əsasında İngiltərənin “Aston Villa” komandasına keçib.
Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
Lenqlet iki aylıq fasilədən sonra İngiltərə Premyer Liqasına qayıdıb. Fransız müdafiəçi keçən mövsüm də icarə əsasında Londonun “Tottenhem” klubunda çıxış edib.
“Barselona” Lenqleti 2018-ci ildə “Sevilya”dan alıb. Müdafiəçinin transferi kataloniyalılara 35,9 milyon avroya başa gəlib. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Transfermarkt internet portalı Lengletin bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
O, ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, Lenqlet Fransanın “Nansi” klubunda da oynayıb.