Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

“Atası qışqıranda hər şeyi danışdı” – Xaçmazda müəllimin şagirdə qeyri-etik təklifi – DETALLAR + VİDEO

image-sinif_otagi_mekteb_tetil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb.

Busaat.az xəbər verir ki, məsələnin detalları Space TV-də yayımlanan “Gəl Danış” verilişində açıqlanıb.

Verilişin aparıcısı Amil Xəlil bildirib ki, fiziki tərbiyə müəllimi Təbriz Adgözəlov qız şagirdinə qiymət yazacağı vədi ilə uyğunsuz hərəkətlər edib:

“Qusarçay kəndində Təbriz adlı idman müəllimi qiymət yazmaq adı altında şagirdə qarşı xoş olmayan hərəkətlər edirmiş. Aldığımız məlumata görə, bu olaydan sonra direktor ərizəsini yazaraq işdən çıxıb. Bundan sonra məktəbdə qırğın olub, valideynlər məktəbə hücum edib və dərhal olayın açıqlamasını istəyiblər. İddialara görə, bundan sonra direktor abrından istefa verib”.

Daha sonra Xaçmazdakı müxbirlə canlı bağlantı qurulub və detallar üzə çıxıb:

“Direktor öz ərizəsi ilə gedib, o, məktəbdə minə yaxın şagird olduğunu, bundan əvvəl də məktəbə psixoloq lazım olduğu ilə bağlı ərizələr yazdığını qeyd edib.

Hələ ki, araşdırmalar davam edir, iddialar var ki, sözügedən idman müəllimi içki düşkünü olub və maraqlısı budur ki, onun 60 yaşı var. Sakinlər də bu cür hadisədə kəndlərinin adının hallanmasından məyus olublar.

Həmin müəllim bir müddət öncə həyat yoldaşından ayrılıb. O, bu kənddə yaşamır, Qusar rayonundan gələrək fənnini tədris edirmiş”.

Həmin görüntüləri təqdim edirik:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137651