Maltanın ev sahibliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 31-ci iclası öz işinə başlayıb.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, açılış nitqi ilə çıxış edən Maltanın Xarici İşlər, Avropa İşləri və Ticarət naziri Borq bu görüşə ev sahibliyi etməyin onların 60 illik tarixində qürurverici bir mərhələ olduğunu söyləyib:
“ATƏT regionunda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidləri və qlobal fikir ayrılıqları davam etdiyi üçün biz uçurumun kənarında tapırıq. Sentyabrdan bəri yüksək səviyyəli rəhbər təyin edilməyib. 50 ildən sonra təşkilata kimin rəhbərlik edəcəyi ilə bağlı heç bir razılıq yoxdur”,- o, əlavə edib.
Zeyd Bağırzadə