Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen hökumət başçısı Viktor Orbanın davranışı səbəbindən Avropa Komissiyasının idarə heyətinin Macarıstana səfərini ləğv edib.
Busaat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer məlumat verib.
Məlumata görə, Macarıstanın sədrliyi ilə Aİ Şurasının qeyri-rəsmi iclaslarında Avropa Komissiyasını yalnız baş direktorluq rəhbərləri təmsil edəcək.
Qeyd olunub ki, Avropa İttifaqının normalarına uyğun olaraq, Aİ Şurasının həm rəsmi, həm də qeyri-rəsmi iclaslarında Avropa Komissiyası həmişə Avropa komissarları səviyyəsində təmsil olunub ki, bu da yerli dərəcələr cədvəlində yüksək səviyyəyə uyğundur.