Avstraliyanın paytaxtı Kanberrada Avstraliya Milli Universitetində (ANU) bıçaqlı hücum nəticəsində 1-i ağır olmaqla, 2 tələbə yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə universitetin X hesabında məlumat paylaşılıb.
Bildirilib ki, polisin müdaxilə etdiyi hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
9News saytının məlumatına görə, bıçaqlanma xəbəri üzərinə hadisə yerinə polis və təcili yardım qrupları çağırılıb.
Polis bildirib ki, bıçaq xəsarətləri ilə yaralanan iki 20 yaşlı qız tələbə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğunu deyilib.
Hadisə ilə bağlı saxlanılan 24 yaşlı şəxsin universitet tələbəsi olmadəğı ehtimal edilir.