NATO Şimali Koreyanı QINADI

image-20220516-natobackend

NATO Şimali Koreyanın Yapon dənizində ballistik raket sınağını pisləyib.

Busaat.az-ın məlumatına görə, NATO mətbuat katibinin müavini Dilan Uayt bildirib ki, Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

Şimali Koreyanın keçən ildən bu yana rekord sayda ballistik raket atdığını deyən Uayt bildirib: “Pxenyanın bu təxribatları regional və beynəlxalq təhlükəsizliyə zərər verir. Şimali Koreya ehtiyatsız rəftarına son qoymalı, qeyri-qanuni nüvə və ballistik raket proqramlarından əl çəkməli, vicdanlı diplomatiyaya icazə verməlidir”.

Uayt vurğulayıb ki, NATO tərəfdaşları Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə güclü həmrəylikdədir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki