Qurum rəsmisi qeyd edib ki, həmin işçinin kimliyi müəyyən edilərək agentliyə dəvət edilib və onun barəsində inzibati cəza tədbiri görülüb:
“Həmin işçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib. Biz onu inzibati qaydada cəzalandırmışıq. Əlavə nəsə də lazım olsa, biz onun barəsində tədbir görəcəyik. O sərnişinə qarşı çox sərt şəkildə hörmətsizlik və tərbiyəsizlik edib. Biz bunu şiddətli şəkildə qınayırıq, tənqid edirik və qəbul etmirik. Vətəndaş bu barədə şikayət etməkdə haqlıdır. Bu səbəblə də biz inzibati qaydada ona cəza tətbiq etmişik”.