
Ayaz Mütəllibovun dəfn yeri açıqlandı
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun dəfn olunacağı yer məlum olub.
Busaat.az xəbər verir ki, sabiq dövlət başçısı ilə “Şəhriyar” adına mədəniyyət klubunda vida mərasimi keçiriləcək.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, A. Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.























