Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.
Busaat.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.