Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.32 $▲6.12%
  • WTI neft91.32 $▲5.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.75%
  • Qızıl4 100 $▼1.21%
  • Gümüş51.76 $▼2.52%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 952 $▼5.57%
  • Ethereum2 234 $▼7.75%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Turizm

AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub-FOTO

image-8f697675-5a5e-3b0a-9c33-1ab9b317d01e_850jpg-1747125655
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında “CO2 Connect” proqramına dair müqavilə imzalanıb.

Busaat.az xəbər verir ki, sənəd Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində imzalanıb.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalayıblar.

“IATA ilə “CO2 Connect” müqaviləsini imzalamaqla AZAL iqlim dəyişikliklərinə qarşı şəffaf və dəqiq məlumatlara əsaslanan öhdəliklərə sadiqliyini daha da gücləndirir. Bu əməkdaşlıq bizə dəqiq CO2 emissiyaları məlumatlarını paylaşmağa və dekarbonizasiya hədəflərimizə uyğun olaraq daha məlumatlı, dayanıqlı səyahət seçimlərini dəstəkləməyə imkan verir”, – AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

IATA-nın “CO2 Connect” kalkulyatoru emissiyaların ölçülməsindəki uyğunsuzluqları aradan qaldıraraq sərnişin başına dəqiq CO2 məlumatlarını təqdim edir. Bu məlumatlar təyyarə növünə xas yanacaq sərfiyyatı kimi real əməliyyat məlumatlarına əsaslanır və birbaşa iştirakçı aviaşirkətlər tərəfindən təqdim olunur, sənayedə razılaşdırılmış metodologiyaya uyğun hesablanır. Platforma daha yüksək məlumat dəqiqliyinə nail olaraq sektorda hesabatlılığı gücləndirir. AZAL hazırda “CO2 Connect”ə məlumat təqdim edən 60-dan çox aviaşirkətə qoşulub.

“CO2 Connect” qlobal standart metodologiyalar və yüksək keyfiyyətli məlumatlara əsaslanan, aviasiyanın dekarbonizasiyasına töhfə verən güclü bir vasitədir. O, həmçinin uçuşlarının nə dərəcədə dayanıqlı olduğunu aydın şəkildə anlamaq istəyən korporasiyalar və fərdi səyahətçilərin tələbatını da ödəyir. AZAL kimi aviaşirkətlərin töhfəsi ilə bu platforma qlobal miqyasda aviasiya emissiyalarının ölçülməsi üçün etalon kimi qəbul edilib”, – IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.

image-a11201a7-dfde-3493-a0cb-501ee3b034b7jpg-1747125688

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162848