Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.76 $▲2.20%
  • WTI neft87.14 $▲2.51%
  • Avropa qazı (TTF)84.96 €▲1.09%
  • Təbii qaz (ABŞ)3.087 $▲0.00%
  • Qızıl3 867 $▼0.26%
  • Gümüş47.48 $▼0.01%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda596.50 ¢▼0.50%
  • Bitcoin65 160 $▲0.53%
  • Ethereum1 824 $▲0.27%
  • S&P 5007 398▼0.31%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib – Fotolar

image-fff
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri Rəşad Nəbiyev iclasda qeyd edib ki, regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu var.

Müşahidə Şurasının sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.

Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. İclasda eyni zamanda AZAL-ın korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı AZAL-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib. Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

image-dsdu image-zff

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43900