Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.20 $▼0.03%
  • WTI neft101.41 $▲0.03%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼0.03%
  • Qızıl4 050 $▼0.04%
  • Gümüş53.23 $▲0.01%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 802 $▼1.78%
  • Ethereum2 307 $▼2.10%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirib

image-0c0c9e96-8063-34ea-9f34-44d7fe2c535a_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarə qəzası ilə bağlı təhqiqatlar illərlə davam edə bilər.

Busaat.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.

“Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin”, – deyə İ. Əmirov bildirib.

O qeyd edib ki, qəza hadisələri ilə bağlı təhqiqatlar əgər buna ehtiyac varsa illərlə davam edə bilər: “Məsələn, hər hansı bir təhqiqat gedirsə, təyyarənin bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona “açılış” edib baxırlar. Bu çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, qəzanın araşdırması bir ilə başa çatdırılsın. Məhdudiyyət qoyulmur ki, yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hər hansı bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178168