Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.45 $▼0.88%
  • WTI neft90.24 $▼0.65%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.006 $▲0.27%
  • Qızıl4 082 $▲0.18%
  • Gümüş52.34 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin74 853 $▲0.75%
  • Ethereum2 135 $▲0.77%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi (SİYAHI)

image-azer
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov sələfi Tahir Budaqovun bu vəzifədə olarkən imzaladığı bəzi qərarları ləğv edib.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

– “İnzibati məhkəmələrdə inzibati mübahisələrə baxılması haqqında” 2-5 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı il 28 dekabr tarixli 23/09 nömrəli qərarı;

– “Birinci instansiya məhkəmələrində kommersiya mübahisələrinə baxılması haqqında” 2-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 2/09 nömrəli qərarı;

– “Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında kommersiya mübahisələrinə baxılması haqqında” 2-2b №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 6/09 nömrəli qərarı;

– “Birinci instansiya məhkəmələrində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestlərə baxılmanın nəticəsi barədə” 3-1 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” DSK-nin 2016-cı il 28 dekabr tarixli 21/09 nömrəli qərarı:

– “Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında inzibati mübahisələrə baxılması haqqında” 2-2a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2018-ci il 12 oktyabr tarixli 34/09 nömrəli qərarı;

– “Apellyasiya məhkəmələrində inzibati mübahisələrə baxılması haqqında” 2-1a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 22/09 nömrəli qərarı.

Həmçinin bəzi qərarlarda dəyişiklik edilərək müəyyən müddəalar ləğv olunub:

– “Birinci instansiya məhkəmələrində mülki işlərə baxılması haqqında” 2 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 1/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

– “Apellyasiya instansiyası məhkəmələrində mülki işlərə baxılması haqqında” 2-1 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 3/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

– “Cinayətin növləri üzrə məhkumların sayı haqqında” 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

– “Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

– “Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında mülki işlərə baxılması haqqında” 2-2 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 5/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri.

Qeyd edək ki, Tahir Budaqov 2015-2026-cı illərdə DSK-nin sədri olub. Prezident İlham Əliyevin 9 fevral tarixli Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə isə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=181011