Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.46 $▼0.34%
  • WTI neft101.86 $▲0.51%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.016 $▼1.57%
  • Qızıl4 066 $▲0.25%
  • Gümüş53.91 $▼0.37%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 230 $▼0.02%
  • Ethereum2 357 $▼0.01%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı koronavirusla mübarizəyə 2 milyon ayırdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. 

Busaat.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün bank hesabı açılıb. Əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri tərəfindən bu hesab üzərindən Fonda köçürmələrin təmin olunması üçün filial bayram günlərində də fasiləsiz çalışır.

Azərbaycanın böyük kommersiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı özü də korporativ sosial məsuliyyətindən irəli gələrək dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon məbləğində vəsait ayırıb.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. Azərbaycan Beynəlxalq Bankı və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir.

Fonda Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında açılmış hesab üzrə bu rekvizitlərlə vəsait köçürmək olar:

https://cabmin.gov.az/az/article/752/

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6336