Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft98.53 $▲5.28%
  • WTI neft90.69 $▲4.65%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.944 $▲0.41%
  • Qızıl4 101 $▼1.17%
  • Gümüş51.91 $▼2.24%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin75 875 $▼5.66%
  • Ethereum2 236 $▼7.66%
  • S&P 5007 354▼4.36%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Siyasət

Azərbaycan İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoydu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.

Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımi tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 344-a çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 222 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5131