Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.68 $▼0.14%
  • WTI neft101.99 $▲0.64%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.015 $▼1.60%
  • Qızıl4 050 $▼0.16%
  • Gümüş53.63 $▼0.89%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.25 ¢▼1.68%
  • Bitcoin80 950 $▼0.37%
  • Ethereum2 349 $▼0.35%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. 

Energetika Nazirliyindən verilən məlumata görə, gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=7747